Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Dəmir Qazan" komediya filminin möhtəşəm qala gecəsi  - rejissor MUZ TV Azərbaycan-a özəl danışdı - foto

07-12-2017


Rejissor-aktyor Kənan M.M-in "Dəmir Qazan" adlı komediya filminin ötən axşam möhtəşəm qala gecəsi reallaşıb.

Muztv.az xəbər verir ki, filmin rejissoru Kənan Mahmudov MUZ TV Azərbaycan kanalına film barədə fikilərini bölüşüb:

“Biz aramızda filmin adını vitamin C qoymuşuq. Çünki gülüş doğuracaq. Gülməlidir, yeni tərzdir. Azərbaycanda ilk absurt komediyadır. Relad belə bir qəhrəmanlar yoxdur, xəyalın məhsuludur. Həyatda ciddi olan insanların içində gülüş kompleksi var. Zarafat baxımından tamaşaçı ilə aramda olan bütün pərdələr aradan qaldırılır. Qucağımı açdım ki, gəlin birlikdə gülək”.

Kənan M.M ilə bir neçə dəfə iş birliyi quran aktrisa Pərvin Abıyeva onunla işləməyin rahat olduğunu söyləyərək obrazı barədə danışıb:

“Çox maraqlı ssenarisi var. Mənim üçün fərqli bir obrazdır. İki obrazı canlandırıram. Polisdir, ancaq cinayətkarların arasında çox fərqli bir tərzdə çıxacaq. Dəlisov bir qadındır”.

Filmdə kimyaçı obrazını canlandıran aktyor Nofəl Şahlaroğlu çəkiliş zamanı başına gələn təhlükəli hadisədən söhbət açıb:

“Film mənim üzərimdə qurulur. Mənim səhvimdən sonra hadisələr baş tutur. Çəkiliş zamanı ayağım yandı. Film mənim üzərimdə əsl mənada iz qoyub. Təbiiliyi korlamamaq üçün kadrı saxlamadım. Kənandan ömürlük xatirədir”.

Filmdə qəssab obrazını canlandıran Elsever Mehdizadə çətinlik yaşadığı səhnə barədə danışıb:

“Sonuncu səhnədə hündürlük tullanmaq lazım idi. Əslində o qədər də hündür deyildi, bir metr olardı. Ancaq mənim fobiyam olduğu üçün qorxu hissi yaşadım”.

Xeyli sayda məşhurların qonaq olduğu təqdimat gecəsində aktyor Məcid Hüseynov Kənan M.M-i Azərbaycan filmlərinin inkişafında əməyi olan insan kimi dəyərləndirib:

“Kənanı təbrik edirəm, inanıram ki “Dəmir qazan” filmi uğurlu bir iş olacaq. Film çəkmək istəyənlərə dərs olar ki, baxın filmi belə çəkərlər”.

Gecədə qonaq qismində müğənni Günay İbrahimli, Talıb Tale, “Pozbash pictures”in aktyorları, İslam Mehrəliyev, Fərda Xudaverdiyev, idmançı Kamil Zeynallı və s məşhurlar iştirak ediblər.

Bununla bağlı süjetə dekabrın 7-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz. 

Günel Əliyeva



































58 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr