Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Eşq sənətimə aiddir” – Sima Nəsirovanın yeni klipinin təqdimatından reportaj- foto+video

07-12-2017


Gənc müğənni Sima Nəsirova media nümayəndələrini başına toplayaraq “Eşq” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.  
 
Muztv.az xəbər verir ki, bəstənin sözləri Leyli Erola, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. Klipin rejissor işi Orxan Məmmədliyə həvalə olunub.

MUZ TV Azərbaycan kanalına danışan Sima Nəsirova ona ünvanlanan sualları cavablandırıb. O, klipin ərsəyə gəlməsindən danışıb:

“Yeni mahnımız “Eşq” adlanır. İnşallah xeyirli-uğurlu olar. Çox maraqlı bir klipdir. Əslində, mahnını ifa etmək üçün ilk təklif məndən gəldi. Çünki bəstəkar Tərlanın imzasına bələdəm. Üz tutdum Tərlana dedim ki, belə bir maraqlı bir şey edək, amma tamamilə fərqli bir ifa istəyirəm. Onu da deyim ki, o eşq mənim sənətimə aiddir. Çalışdıq ki, onu da klipdə göstərək. Maraqlı bir mahnı olduğu üçün uğuruna da inanıram. Ümid edirəm ki, tamaşaçılar bəyənəcək. Geyimim, imicim üzərində özüm çalışıram amma dəstəkləri üçün yaxın dostlarıma da təşəkkür edirəm. Məsləhətlər alsam da seçim özümündür ”.

Qarşıda olan yeniliklərindən söz açan gənc ifaçı onu özəl günündə tək qoyanlara da söz atıb:

“Qarşıda o qədər maraqlı layihələrim var ki… Rus, ingilis, türk dilində də mahnılar ifa edəcəm. Hər birini yavaş-yavaş təqdim edəcəm, hər kəs də uğuruma şahid olacaq. Sənət dostlarımdan özümə dəstək görürəm, amma xoş günümdə yanımda olmayanlar da var. Heç incimirəm də, axı həyat bumeranqdir”.

Yeddi ildir sənətdə olduğunu deyən Simanı xoş günündə sənət dostları da tək qoymayıb. Təqdimat mərasiminə Xalq Artisti Gülyaz Məmmədova, müğənnilər Rüstəm Zeynallı, Nazim Pişyari, Əbdül Xalid, Rahidə Baxışova, Elvin Abdullayev, Vüsal Hacıyev, Rüfət Axundov, prodüserlər Tarix Əliyev, Təranə Səmədova, Zamiq İbrahimov və və başqaları qatılıblar.

Müğənni Nazim Pişyari son illərdə şou-biznesin klip bazarındakı durğunluğunu etiraf edərək Simanın uğuruna sevindiyini bildirib:

“Klipi izlədim, bəyəndim, Simanı təbrik edirəm. Bilirsiniz ki, son zamanlar şou-biznesimizdə klip durğunluğu var, ona görə də Simanın bu uğuruna sevinmək lazımdır. Ola bilər ki, müəyyən detalları kimsə bəyənməsin, amma bu ilkdir. Mənim xoşuma gəldi, ona bol uğur arzulayıram”.

Hər zaman sadə görünüşü ilə seçilən müğənni Rahidə Baxışova Simanın klipdəki obrazını çox bəyəndiyini deyib:

“Mən Simanı çox istəyirəm. Çox istedadlı qızdır. Klipdəki obrazı, geyimi, saçı, rəqsi çox xoşuma gəldi. Ona yalnız uğurlar arzu edirəm”.

Müğənnilər Rüfət Axundov və Emil Bədəlov da Simanı təbrik edənlər sırasında yer alıblar:

“Simaya artıq bir neçə ildir ki, dəstəyik. Sima çox çalışqan biridir. Mahnısını da çox bəyəndim, ona uğur gətirdi. Sima, sükanı belə saxla, sən tək deyilsən, biz də yanındayıq”.

“Simanı ürəkdən təbrik edirəm, O üzərində işləyən xanımdır, yaxşı dostdur. Sima, özünə hörmət edən bir xanımdır. Neçə vaxtdır, əziyyət çəkir, şükürlər olsun ki, bu gün onun klip təqdimatına gəlmişik. İnaallah onun konsertinə gələk, bir dost kimi sevinək”.

Xatırladaq ki, Sima Nəsirovanın ifa etdiyi ilk mahnı “Bağışla məni” adlanıb. O, daha sonra “Peşman deyiləm “, “Yetər”, ” Salam Xalqım”, “Yalan sevgin”, “Gəl”, “Heyranınam “, “Susma belə “belə kimi bəstələri də səsləndirib və bir neçəsini ekranlaşdırıb.

Bununla bağlı süjetə dekabrın 7-dəi saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva


 









































114 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr