Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Bəstəkar Avropa səhnəsinə çıxmağın yolunu MUZ TV Azərbaycan vasitəsilə göstərdi - eksklüziv

04-12-2017


Bəstəkar Sevinc Ağasıyeva MUZ TV Azərbaycan kanalına özəl müsahibəsində Azərbaycan sənətçilərinin Avropa səhnəsinə çıxa bilməsinin səbəblərindən və bu yolda dəf edilməli olan maneələrdən danışıb.

Muztv.az xəbər verir ki, bəstəkar Azərbaycanın bir-iki müğənnisinin Türkiyə şou-biznesinə qatıldığını söyləyib:

"Avropa səhnəsinə də bir sənətçimiz çıxıb, amma o, elə böyük rezonans doğurmayıb. Əlbəttə ki, bu çox çətin və keşmə-keşli bir yoldur. Olduqca böyük vəsait tələb edir. Bunun tam olaraq dərin səbəbini bilmirəm. Dünya səhnəsinə çıxmaq üçün hökmən ölkəni dəyişməlisən. Əgər Azərbaycan populyarsansa bir müddət buna fasilə verməlisən. Avropaya və ya Amerikaya köçüb orada yenidən fəaliyyətə başlamalısan. Müəyyən böyük konkurslar var. Həmən konkuslardan keçməlisən. Ümumiyyətlə, insan özü haqqında çox danışmalıdır, ətraflı məlumat verməlidir. Dünya bazarına çıxmaq üçün hansısa bir şirkətin diqqətini özünə cəlb etməyi bacarmalısan. Xüsusilə YouTube kanalını gücləndirməlisən, videolarını daimi paylaşmalısan.”

Xanım bəstəkar dünyanın ən məşhur ulduzlarının populyarlığı asanlıqla əldə etmədiklərini dilə gətirib:

“Onlar da müəyyən konkurslardan keçiblər. Dəfələrlə öz CD-lərini, albomlarını prodüser mərkəzlərinə göndəriblər və sonda istəklərinə nail olublar. Əsas odur ki, qarşına məqsəd qoyasan və o məqsədin arxasınca təkidlə gedəsən. Bu da asan bir iş deyil.”

Xatırladaq ki, Sevinc Ağasıyeva bundan əvvəl MUZ TV Azərbaycan-a müsahibəsində Azərbaycanda Avropa ilə müqayisə edilə biləcək şou-biznesin olmadığını söyləmişdi.

Bununla bağlı süjetə dekabrın 4-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Hüseyn İbadlı

283 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr
























15 Dekabr