Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Azərbaycan şou-biznesində rəqibim yoxdur” – Sənan Məmmədlidən MUZ TV Azərbaycan-a iddialı açıqlama – foto

30-11-2017


Bir neçə ay öncə “Avropaya ulduz” seçilən gənc müğənni Sənan Məmmədli MUZ TV Azərbaycan kanalına bir sıra maraqlı və iddialı açıqlama verib.

Muztv.az xəbər verir ki, Sənan bir müddət əvvəl Avropa ölkələrinin radio və televiziyalarında qonaq olub. Sənan uğurlu səfərindən söz açıb:

“Hər kəs bilir ki, bu yaxınlarda mənim klipim təqdim olundu. Klipim həm Azərbaycan həm də ispan dillərində yazılan “Te Juro” mahnısına çəkilmişdi. Bu təkcə Azərbaycanın deyil, bir çox tanınmış xarici şirkətlərin birgə layihəsi idi. Layihə əsasında mənim bir çox ölkələrə promoturlarım təşkil olunmuşdu. Buna görə də mən xarici telekanallarda, radiolarda çıxış etdim. Hətta böyük konsert zallarında da mahnımı ifa etdim. Çox bəyənildi, onlardan müsbət enerji, şərhlər aldım. Qeyd edim ki, bu mənim üçün çox böyük məsuliyyət idi. Üstəlik qürur duyurdum”.

Qısa zaman ərzində sevilən ifaçı qarşıda olan sürprizlərindən də bəhs edib:

“Müqavilənin şərtlərinə görə əslində bu barədə danışmaq olmaz. Qarşıda maraqlı layihələr gözlənilir. Çünki çoxsaylı ölkələrdə geniş promoturlarımız olacaq. Hətta böyük bir beynəlxalq layihəmiz var ki, sirr saxlayırıq amma bu barədə danışmaq üçün ürəyim partlayır (gülür). Düşünürəm ki, bu layihə həm Azərbaycanın adı, həm də mənim sənətimdə inkişafım üçün xeyirli olacaq”.

Şou-biznesə iddialı qatılan Sənan Azərbaycan şou-biznesində heç kimi özünə rəqib görmədiyini də dilə gətirib. Səbəbi isə belə açıqlayıb:

“Mən heç kimi özümə rəqib görmürəm. Nə rəqabət aparmıram, nə də ki, kimisə özümə rəqib görmürəm. Hər kəs bilir ki, dünyanən əksər ölkələrində belədir ki, var şou adamları,  bir də var musiqi ilə məşğul olan insanlar. Mən özümü musiqi ilə məşğul olan sənətçilər sırasına aid edirəm. Çox təəssüf ki, Azərbaycan şou-biznesində sırf musiqi ilə məşğul olan adamlar azdır. Bunu bilirik. Bunlardan Xalq Artisti Briliyant Dadaşova, Əməkdar Artist Tünzalə Ağayevadır ki, onlardan öyrənirəm, oturub rahat şəkildə nəyisə müzakirə edə bilirəm. Onlardan bir sıra musiqi məsləhətləri alıram. Amma lazımsız şeylərlə, soyunmaqla gündəmdə qalmaq istəyənlər də var. O insanlardan mənə nə rəqib ola bilər nə də ki dost. Bizim şou-biznesin bəzi nümayənlərindən fərqli olaraq mən bu dəqiqə sırf Avropa şou-biznesindəyəm. Avropa şou-biznesində belədir ki, istər klipdə, istərsə də fotosessiyalarda açıq-saçıq səhnələr də olmalıdır. Bizə də bunu ilk dəfə təklif edəndə birgə çalışdığım şirkət bununla hələ ki razılaşmadı. İstədik ki, musiqi ilə zirvəyə qalxaq. Bunu da bacardıq”.

Xatırladaq ki, Sənan yaxın aylarda bir sıra hit mahnılarını da sevənlərinə təqdim edəcək.

Bununla bağlı süjetə noyabrın 30-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva
 





























102 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr
























15 Dekabr