Xatirə nəhayət Vətənə qayıtdı – foto
Sərdar Ortac ata olmaq istəyir
Rəhim “Can” dedi - audio
Aygün qonağı belə qarşılayıb: Aktyorlar bizə xoş gəliblər 

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Yaddaşda qalmaq böyük istedaddır - “Ovçu Pirim” MUZ TV Azərbaycan-a açıqlama verib

15-11-2017


Uşaqlığımızın qəhrəmanı, "Sehrli güzgü"nün "Ovçu Pirim"i bir zamanlar gündəmin üzdə olan aktyorlarından olan, son vaxtlar, demək olar ki, efirlərdən uzaq düşən Allahverdi Yolçuyev MUZ TV Azərbaycan kanalına özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, qırx ilə yaxındır səhnədə fəaliyyət göstərən aktyor gələn il 60 illik yubileyini qeyd edəcəyini dilə gətirib.

A.Yolçuyev hazırda dublyajlarda iştirak etdiyini söyləyib:

“Cizgi filmlərini hər aktyor səsləndirə bilmir. Mənim ömrüm hazırda dublyaja həsr olunub.”
 
“Ümid yeri” serialında rol alan aktyor uzun müddətdir efirdə olmamağının səbəbini açıqlayıb:
 
“Deyirlə ki, Allahverdi müəllim cavan aktyorlar bütün gün efirdədirlər. Deyirəm vacib o deyil ki, hər gün efirdə olasan, bir dəfə çıxıb ömür boyu tamaşaçının yaddaşında qalmaq böyük istedaddır”.

Sənətçi rol aldığı “Kəklikotu” filminin dekabrda izləyicilərin ixtiyarına veriləcəyini söyləyib, təklif olunan layihələrin çoxunu qəbul etmədiyini deyib:

“Həmkarın, tərəf müqabilin - bunlar elə olmalıdır ki, bir-birilərinə qida ötürə bilsin. Tərəf müqabilin peşəkar deyilsə, dünyanın ən məşhur aktyoru da olsan orada heçnə edə bilməyəcəksən.”

Aktyor Cəfər Cabbarlı adına "Azərbaycan film" Kinostudiyasının təmir olunmamasından şikayətlənib:

“Bu fəlakətdir, Azərbaycan mədəniyyətinin tənəzzülü sayıla bilər. İlk növbədə mədəniyyət ocaqları təmir olunmalıdır. Kinostudiyada aktyor kursları açılmalıdır. İşıqçını, səs rejissorunu yetişdirmək uzun müddət tələb edir. Onları itirmişik, yenidən qazanmalıyıq. Xalqımız balacadan tutmuş böyüyə qədər çox istadadlıdır. O istedadı sadəcə olaraq üzə çıxarıb, tanıtmaq lazımdır. O nə vaxt olsa kinomuz da, teatrımız da hər şey qaydasına düşəcək.”

Bununla bağlı süjetə noyabrın 15-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Günel Əliyeva

50 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr
























































17 Noyabr