Əməkdar Artist Yaşar Nurini yad etdi: “Yerin hər zaman görünür”
Şəbnəmin yeni fotosessiyası
Ayaz “Dəyişmərəm” dedi – video
Eldar Qasımov necə  insan olmaq istəyir?

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Ona görə 15 sutka haubvaxtda yatdım” - Möhlət Müslümovdan MUZ TV Azərbaycan-a özəl açıqlama

10-11-2017


Xalq Artisti, tanınmış tarzən Möhlət Müslümov MUZ TV Azərbaycana özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, digər sənət yoldaşları kimi, özünə yaradıcılıq gecəsi keşirməyi planlayan görkəmli ifaçı gələcək planlarından söz açıb:

“Mən də yaradıcılıq gecəsi keçirməyi düşünürəm. Bunu 60 yaşı keçəndən sonra edəcəm. Niyə də olmasın? Onsuz da mən hər gün xalqa imtahan verirəm. Hazırda bir sıra əsərlərin üzərində çalışırıq. Bu yaxınlarda görkəmli musiqi xadimi Əhməd Bakıxanovun 125 illik yubileyi ilə bağlı tədbirə hazırlaşırıq. Bildiyiniz kimi, o, Azərbaycanın ilk peşəkar tarzəni, pedaqoq olub. Mən indi onun adını daşıyan ansamblın rəhbəriyəm. Gərgin məşqlər gedir”.

Xalq Artisti əsgərlikdə başına gələn unudulmaz əhvalatı da dilə gətirib:

“Mən tanınmış tarzən Əhsən Dadaşovun fanatı idim. Əsgərlik müddətini Bakıda xidmət etmişəm. Əhsən Dadaşov toya gəlmişdi, o zamanlar mağar toyları var idi, səsgücləndirici də yox idi. Çox xahiş etdim, onu gedib görmək üçün mənə icazə vermədilər. Məcbur qalıb divardan hoppanıb qaçdım. Dedim heç olmasa gedib 1 saat qulaq asaram. Bir də baxdım 6 saat keçib. Ona görə 15 sutka cəza aldım. Haubvaxtda yatdım. Amma əməlimdən heç də peşman olmadım. Fəxr duyuram. Bu, mənim sənət eşqim idi. Allah ona rəhmət etsin. Əhsən Dadaşov mənim idealım idi. Onun yolunda əziyyət çəksəm də olar”.

Bu barədə süjetə noyabrın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva



410 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr


22 Noyabr