Demet Meqan Marklını tənqid edib - foto
Aktyor evliliklərini sonlandırmaq istəyir
Bülənt Ərsoya qızıl kəmər hədiyyə edilib - foto
Hollivud ulduzundan yeni fotosessiya

Facebook instagram Twitter Youtube
DƏB

Sevda geyimləri ilə öyünənləri tənqid edib

05-08-2022


"Səyahətlərə gedəndə maraqlı görüntülər çəkir, insanlara göstərirəm. Hər adamın imkanı yoxdur gedib görsün. Deyirlər yutub açın, video paylaşın. Buna vaxt lazımdır, çətindir. Amma instaqram və feysbukda çalışıram bölüşüm". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "MTV maqazin"ə açıqlamasında deyib. Sənətçi həyat yoldaşı Zakir Bayramovla münasibətlərindən və səyahətlərindən danışıb: "Zakir Bayramov necə görünürsə elədir: mehriban, zarafatçıl, söhbətçildir. Səyahəti çox sevir. Xasiyyətimizdə uyğunluq var. Gözə, nəzərə inanıram, bu var. Amma özümü bundan qorumuram. Hərdən üzərlik yandırıram. Dua edəndə deyirəm ki, Allah bizi pis gözlərdən və insanlardan qorusun". Sevda şou-biznesin geyimlərinin qiyməti ilə öyünən simalarını tənqid edib: "Sevmirəm göstərişi. Nəyinsə qiymətini açıqlamaq, öyünmək mənə yaddır. İndiyənə kimi nəyiminsə qiymətini açıqlamamışam. Hər dəfə soruşublar, amma deməmişəm. Kimsə deyəndə pis də qarşılamıram. Öyünmürəm ki, pencəyimin, ayaqqabımın bu qədər qiyməti var. Yaxşı layihəmlə öyünərəm, bu daha üstündür".

38 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti