Müğənni eşq iddialarına cavab verdi
Ajda Pekkan şəxsi həyatı ilə bağlı etiraf etdi
Odri Hepbernin həyatından film çəkiləcək
Alişan aktrisa həyat yoldaşından danışdı 

Facebook instagram Twitter Youtube
DƏB

Bu ilin dəbdə olan aksesuarları

11-01-2022


Bu ilin başlaması ilə qarderobunuzda bir az dəyişiklik etməli olacaqsınız. Artıq pələng ilində hansı geyimlərin, çantaların, hətta rəngin dəbdə olacağını sizinlə bölüşmüşük. Bu dəfə isə aksesuarlardan söhbət açacağıq. Mtv.az tərzinizi tamamlayarkən seçməli olduğunuz kiçik detalları təqdim edir. 3. Kəmərlər Əgər kəmər almaq istəyirisinizsə, o zaman mümkün qədər qalın olanlarına üstünlük verin. Növbəti il üçün geyimləri korse kəmərlərlə tamamlamaq sizin dəb haqqında məlumatlı olduğunuzu ortaya qoyacaq. 2. İncilər Bu il olduğu kimi incilər yenə modanın mərkəzində yer alacaq. İncilərlə bəzədilmiş saç aksesuarları, qolbaqlar, çantalarda və ya geyimlərdəki kiçik detallar sizi daha incə göstərəcəkdir. 3. Çantalar Kiçik ölçülü, mini çantalar 2021-ci ildə ön planda yer alırdı. Və əgər siz bundan bezib daha böyük çantalar taxmaq istəyirsinizsə, o zaman sizə şad xəbərimiz var. Növbəti il ölçüləri nisbətən böyük olan və tüklü çantalar dəbdə olacaqdır. 4. İri zəncirli qolbaqlar 2022-ci ildə tərzinizi mirvari zəncir aksesuarlarla tamamlayın. Xüsusilə bu tip qolbaq modellərin iri və parlaq detalları sizi daha da dəbli göstərəcəkdir. 5. Təbii daşlardan hazırlanan üzüklər Təbii daş sevənlər, növbəti ildən böyük və rəngli üzüklərlə tərzinizi rahatlıqla tamamlaya bilərsiniz.

29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti