DƏB
Günay plastik əməliyyat etdirib - foto
27-10-2021

Türkiyədə yaşayan və çalışan azərbaycanlı model Günay Musayeva məkanlardan birindən çıxarkən obyektivlərə tuş gəlib. Mtv.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Günay plastik əməliyyat etdirdiyini deyib. O bildirib ki, sinəsindəki silikonları çıxartdırıb. Buna səbəb isə onun modelyer Rüfət İsmayılın "Paris Fashion Week"də keçiriləcək dəfiləsində podiuma çıxmasıdır. "O markalar silikonlu sinə istəmir. Bu da mənim işimdir, nə lazımdırsa, onu da edəcəyəm", - Günay bildirib.

93 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
20 May