DƏB
Rusiyalı model islam dinini qəbul edib - foto
23-10-2021

Rusiyalı model Anastasiya Reşetova islam dinini qəbul edib. Mtv.az xəbər verir ki, bu barədə daha əvvəl də yayılan məlumatları model özü instaqram hesabında təsdiqləyib. “Bəli, bu barədə danışmamışam. Düşünürəm ki, bu ən yaxın olan insanlarla müzakirə edilməlidir", - o bildirib. Anastasiya islam dinini qəbul etməsininin münasibətdə olduğu ərəb şeyxi və ya çeçen iş adamı ilə əlaqədar olmasına dair iddialara da aydınlıq gətirib: "Bir kişiyə görə müsəlman olmadım. İnsan özü belə bir qərara gəlməlidir, kənardan kiminsə köməyi ilə deyil. Mənə gəldikdə isə, qərara kimsə təsir edərsə, bu, səmimi olmaz". Xatırladaq ki, bir zamanlar Timati ilə sevgili olan Anastasiyanın reperdən Ratmir adlı oğlu var.


101 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 May
20 May