Namiq qəmlənməyə lüzum görmür
Müğənni rahat geyinməyi sevir
Modelin kədərli duruşu lağa qoyuldu - foto
Günayın eks əri məlumatları yalanladı - foto

Facebook instagram Twitter Youtube
DƏB

Anar bir çox məşhuru ələ saldı

15-05-2020


"Kənardan gülünc görünürlər: bu gün məni, sabah onu tərifləyirlər. Belə hallara fikir vermirəm. Çalışıram onları izləməyim. Neqativdən uzağam".

Mtv.az xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev deyib.

O, dedi-qodulardan uzaq olduğunu deyib və ad çəkmədən bir çox məşhuru ələ salıb:

"Özünü şirin satır, bunla nə qazanacaq? Nə halları varsa, görsünlər. Rahatam, dərinliyə varmıram. Mənə qıcıq verən müğənnini görməməzlikdən gəlirəm. Çalışıram heç kimin qəlbini qırmayım. Xaricdəyəmsə, mədəni sürətdə deyirəm. Müğənni ilə işləmək mənim fəaliyyətimdə 15-20 il əvvəldə qalıb. Gənclər müğənnilərlə çalışsınlar.

Dırnaqarası insanlar var ki, dilindən, hardan olduqlarından utanırlar. Açıq deyirəm ki, Gürcüstanda doğulmuşam, kənddə böyümüşəm. Bəziləri var ki, az qala desin, Sahildə göbəklərini kəsiblər. Eşələsəm, mənim kəndimdən də o tərəfdədilər.

Nə maşın, nə evim, nə də geyimimlə öyündüm. Bunlar tamaşaçını qıcıqlandırır. Məndə olan efir qarşısında oturanın 10-da olmaya bilər. Heç nə yeyib, nə içdiyimi, harada yatdığımı sosial şəbəkədə də paylaşmıram".

20 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 May






















27 May