Aktyorun arvadı və oğlu döyüldü - foto
 “Manga”nın solisti Sevda Ələkbərzadə ilə  duet oxudu
Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu

Facebook instagram Twitter Youtube
DƏB

Azərbaycanlı dizaynerin kolleksiyası təqdimı olundu - foto

24-01-2020


Parisdə “Gyunel Couture” moda evinin “Haute Couture” fashion həftəsi çərçivəsində “Veni sicut Es” adlı yaz-yay kolleksiyasının təqdimatı keçirilib.

Mtv.az xəbər verir ki, Saint Honore küçəsindəki “Mandarin Oriental” otelində təşkil olunmuş təqdimatda məşhur markaların nümayəndələri, sənət dünyasında tanınmış şəxslər iştirak ediblər.

Azərbaycanlı rəssam və dizayner Günel Rüstəmovanın yaz-yay kolleksiyası xüsusi maraq doğurub. “Gyunel Couture”ün Paris moda həftəsi çərçivəsində təqdimat keçirməsi ənənəyə çevrilib. Londonda fəaliyyət göstərən Günel Rüstəmova incəsənət, tarix və mədəniyyətimizdən ilhamlanaraq çəkdiyi rəsmlərini sonra moda dizaynına çevirir. Yeni kolleksiyasında “Kurt’s love”, “Queen of Grunge” kimi geyimlər moda sevənlərin diqqətini daha çox cəlb edib. Kolleksiyada G. Rüstəmova ipək və satin parçadan hazırlanmış açıq qırmızı, səma göy, parlaq ağ, eləcə də nanə çalarlı yaşıl rəngə üstünlük verib. Assimetrik şəkildə hazırlanmış geyimlər xüsusi incə zəncirlər, kristallarla bəzədilib.

Xatırladaq ki, London Moda Kollecinin məzunu olan G. Rüstəmova Avropada tanınmış modelyerlərdən biridir. Onun milli köklərə bağlı kolleksiyaları dünyanın bir çox moda şoularında təqdim edilib.















363 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Oktyabr


















29 Oktyabr