Müğənni açıq-saçıq rəqslərinə görə qovuldu
Aktrisa yeni serialda rol alacaq
Fəqan Rusiyada evləndi - video
Aktrisa ilə bağlı məhkəmə qərarı verildi

Facebook instagram Twitter Youtube
DƏB

Bakıda “İpək Sərvət” adlı moda nümayişi - fotosessiya

29-11-2019


Beynəlxalq Muğam Mərkəzində Azərbaycan kəlağayısının 2014-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 5 illiyi münasibətilə moda nümayişi keçirilib.

Mtv.az xəbər verir ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner-modelyer Gülnarə Xəlilovanın “Azerbaijan Kelagayi” milli brendi ilə birgə yaradılmış “İpək Sərvət” adlı üst geyimlərin eksklüziv kolleksiyasının təqdimatı tarixi hadisənin yubileyinə bir töhfə olub.

Tədbirdən əvvəl jurnalistlərə müsahibə verən G.Xəlilova bildirib ki, indiyə qədər kəlağayıdan moda nümayişi keçirilməyib. O, kəlağayımızın keçmiş şöhrətini unutmadığını və onu milli geyim nümunəsi olaraq dəbə gətirdiyini qeyd edib.

1999-cu ildən fəaliyyət göstərən G.Xəlilova moda nümayişində 16 il əvvəl hazırladığı geyimi də təqdim edib.

“Başqa xalqlar öz maddi-mənəvi dəyərlərini önə çıxarmağı sevirlər və onlardan həyatlarında çox istifadə edirlər. Kəlağayı çox incə və nazik parça olduğundan ondan geyim hazırlamağa çox da maraq olmayıb. Amma mən on il bundan əvvəl bu parçadan kolleksiya şəklində yeddi geyim hazırlamışdım”, - deyə dizayner bildirib.

G.Xəlilova ilk dəfə nümayiş olunan bu kolleksiyanın satışa çıxarılacağını da söyləyib. Milli ruhda hazırlanan “Novruz”, “Turan” kimi kolleksiyaların müəllifi olan G.Xəlilova kəlağayını xaricdə də təbliğ edəcəyini deyib.

“İçərişəhər” Muzey Mərkəzinin direktoru, incəsənət üzrə fəlsəfə doktoru Əminə Məlikova kəlağayı haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə Azərbaycanın UNESKO-dakı nümayəndəliyi ilə böyük iş aparıb. Bunun nəticəsidir ki, 26 noyabr Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur. Qeyd edib ki, ötən əsrin 30-cu illərinədək kəlağayı kütləvi şəkildə istehsal olunmasa da, hazırda ölkəmizin bir sıra yerlərində milli geyim nümunəsi kimi geniş yayılır.

Bildirilib ki, 2010-cu ildə İçərişəhərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Ənənəvi İncəsənət Mərkəzi yaradılıb. Orada peşəkar tikiş ustaları kəlağayı hazırlayırlar. Bu səbəbdən də İçərişəhərdə kəlağayı sənəti yaşayır. Bundan əlavə, muzeylərdə də kəlağayının təbliğ olunması sevindiricidir.

Xatırladaq ki, gecədə dizaynerin şəxsi kolleksiyasından 25 geyim nümayiş olunub.























291 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 İyul






















10 İyul