Aktyor Ege bölgəsində istirahət edir - foto
Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi

Facebook instagram Twitter Youtube
DƏB

Gülnarə Xəlilova Beynəlxalq Milli Geyim Festivalında - foto

26-03-2019


Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən, Novruz bayramına həsr olunmuş II Beynəlxalq Milli Geyim Festivalında fəxri qonaq kimi iştirak edib.

Mtv.az xəbər verir ki, tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və İtaliyadan olan dizaynerlər də öz kolleksiyalarını nümayiş etdiriblər.

Azərbaycanlı dizayner Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin dəvəti ilə bu tədbirə qatılıb və festivalın açılışı və bağlanışı fəxri qonaq kimi ona həvalə edilib. Festivalda dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib.

Festivalda yerli və əcnəbi dizaynerlərin dəb nümayişləri, gənc modelyerlər üçün ustad dərsləri, folklor ansamblları və ifaçılarının çıxışları da olub. Təqdim olunmuş ən yaxşı kolleksiyaların müəllifləri mükafatlara layiq görülüblər.











216 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22






21