Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
DƏB

Bakı Milli Geyim evinin dəfiləsindən fotoreportaj

16-03-2019


Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Milli Geyim evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçirilib.

Mtv.az  xəbər verir ki, martın 15-də Bakı Milli Geyim evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim edilib.

Bildirilib ki, hər il Novruz bayramından əvvəl Bakı Milli Geyim evi ənənəvi olaraq “Ənənədən gələcəyə” adlı bu layihəni həyata keçirir. Dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 30-dən çox qadın, kişi və uşaq geyimləri nümayiş olunur. Geyimlərin hər biri əl işidir və geyim evinin kollektivi tərəfindən hazırlanıb.

Diqqətə çatdırılıb ki, bir neçə ildir bu layihə ilə yanaşı, Bakı Milli Geyim evinin 50-dən çox geyimi ənənəvi olaraq hər il keçirilən Novruz bayramı şənliyində sərgilənir.

Dəfilədə qız və oğlanlar milli geyimləri “Sarı gəlin”, “Azərbaycan maralı” və “Laçın” xalq mahnılarının, Ü.Hacıbəylinin “Arazbarı” ritmik muğamı, Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın sədaları altında rəqs edərək nümayiş etdiriblər.

Gecədə Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki "Oyuq" teatr studiyasının balaca üzvləri də milli geyimlərdə səhnəyə çıxıblar. Balacaların milli geyimdə mahnı oxuyaraq rəqs etməsi dəfiləyə xüsusi rəng qatıb.

Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, sənətsevərlər və media orqanlarının əməkdaşları iştirak ediblər.

Xatırladaq ki, Bakı milli geyim evi 2009-cu ildə Könül Vəlibəyli tərəfindən təsis olunub. Geyim evindən Azərbaycanın bütün bölgələrinə məxsus milli geyimləri əldə etmək mümkündür.























197 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 İyul


22 İyul