Seriala yeni aktrisa daxil oldu
"Evlilik önəmli deyil" - müğənni
Aktyor köynəyi ilə diqqət çəkdi
Stilist ilə müğənni hələ barışmayıblar

Facebook instagram Twitter Youtube
DƏB

Azərbaycanlı modelyerin Paris kolleksiyası

03-07-2018


Azərbaycanlı modelyer Günel Rüstəmovanın “Gyunel Couture” moda evi Parisdə “Haute Couture” fashion həftəsində yaz-yay kolleksiyasını təqdim edib.

Muztv.az xəbər verir ki, Parisin mərkəzində Vestin otelində təşkil olunmuş təqdimatda Günel Rüstəmovanın kolleksiyası daha çox diqqət cəlb edib.

Azərbaycanlı modelyerin kolleksiyasında nümayiş olunan geyimlər orijinallığı ilə modasevərləri heyran edib.

Azərbaycanlı rəssam və dizayner Günel Rüstəmovanın Paris moda həftələrində iştirakı ənənəyə çevrilib. O, incəsənət, tarix və mədəniyyətimizdən ilhamlanaraq çəkdiyi rəsmlərini sonra moda dizaynına çevirərək unikal kolleksiyasını yaradır.

Azərbaycanlı modelyerin adətən tutqun və açıq rənglərin qarışığından ibarət kolleksiyasında bir-birinə dolaşmış mirvari, metal sap texnikasından istifadə edilən və yarımşəffaf, jakkard parçalardan hazırlanmış nadir geyimlər unikallığı ilə göz oxşayır. Gümüşü, boz, bürünc, nanə yaşılı və çəhrayı qızılı zəngin palitrası ilə zəngindir.

Avropada tanınmış modelyerlərdən olan G.Rüstəmovanın milli köklərə bağlı kolleksiyaları dünyanın bir çox moda şoularında təqdim edilib.

G. Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini Böyük Britaniyada alıb. O, əvvəlcə London Kollecində modelyerlik, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”də incəsənət və moda sənayesi ixtisasını bitirib, yüksək dərəcəli dizayner diplomuna sahiblənib. G.Rüstəmova Avropada tanınmış modelyerlərdən biridir. Londonda yaşayan azərbaycanlı modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox moda şoularında nümayiş olunub. Londonda, Parisdə onun kolleksiyalarının nümayişi üçün yüksək səviyyəli moda şouları keçirilib.

Xatırladq ki, G.Rüstəmova Yəmən şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən yüksək rütbəli məmur ailələrinin geyim modellərinin müəllifidir. Bununla yanaşı, o, rəssam kimi də fəaliyyət göstərir.



















602 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Fevral














26 Fevral