"Evlilik önəmli deyil" - müğənni
Aktyor köynəyi ilə diqqət çəkdi
Stilist ilə müğənni hələ barışmayıblar
“Dostlar”ın aktyorları 15 ildən sonra görüşür

Facebook instagram Twitter Youtube
DƏB

Azerbaijan Fashion Week rəsmi moda həftəsinin 7-ci mövsümündən reportaj+foto

21-05-2018


Bakıda "Fairmont Baku Flame Towers" otelinin dəstəyi ilə Azerbaijan Fashion Week rəsmi moda həftəsinin 7-ci mövsümü keçirilib.

Muztv.az xəbər verir ki, ilk parlament respublikası - Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Azerbaijan Fashion Week bir sıra dəb nümayişləri təşkil edilib.

Mövsümün qonaqları Fəxriyyə Xələfova, Diana Əhədpur Kəngərli, həmçinin Alex Chzhen, Yerlan Zholdasbek, Makhaim, Mak Mari kimi tanınmış dizaynerlər olub.

Tanınmış fotoqraf həmçinin modelyer Cəlal Kəngərli hazırladığı kolleksiyası haqqında danışıb:

"Biz bu kolleksiyamızı günəşin doğuşundan ilhamlanıb yaratmışıq. Kolleksiyamızda günəşin doğuşu zamanı olan bütün rənglərdən istifadə etmişik. Bunu da cəsarətli, çılğın qadınlar sevir. Ümid edirəm ki, geyimlər tamaşaçıların və bu çılğın qadınların ürəyincə olar".

Modelyer Fəxriyyə Xələfova da moda həftəsi haqqında öz ürək sözlərini deyib:

"Bu il ənənəvi moda həftəsinin yeddinci mövsümü baş tutur. Mən bu moda həftələrində böyük həvəs ilə iştirak edirəm.  İldə bir dəfə də olsa belə bir yerdə iştirak etmək mənim üçün çox vacibdir".

Bununla bağlı süjetə mayın 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Nilufər Məmmədli











1158 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Fevral












26 Fevral