“Jara”ya Yana Koşkina da qatılacaq - foto
Müğənni təbii halını video ilə göstərdi
Sevil-Sevinc bacıları keçmişlərini xatırlatdılar 
Rus Dram Teatrının sentyabr repertuarı 

Facebook instagram Twitter Youtube
DƏB

“Kids Best Model of Azerbaijan 2018”də 74 uşaq model məharətini göstərdi - foto+reportaj

15-05-2018


"Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə paytaxt otellərin birində “Kids Fashion Show” yarışması keçirilib.

Muztv.az xəbər verir ki, müsabiqədə Ulu Öndər Heydər Əliyevin doğum gününə və "Gül  Bayramına" həsr olunmuş tədbirdə 4-14 yaş arasında uşaqlardan seçilmiş 74 model iştirak edib. Onlardan 45-i qız, 29-u isə oğlan olub.

Tədbirə Azərbaycanın məşhur modelyer-dizaynerləri, müğənniləri təşrif buyurublar.

Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin direktoru Aygün Əliyevadır. Münsiflər heyətinə Əməkdar İincəsənət Xadimi Fəxriyyə Xələfova, müğənni Ceyhun Bakinskiy, Roza Zərgərli, "Shine" Modalar evinin rəhbəri modelyer dizayner Şəlalə Maqsudova, Gəncə "Qızıl Əllər" tədris müəssəsinin direktoru Zenfira Ağayeva, "Best Model of the World" beynalxalq model müsabiqəsinin  direktoru Aqil Məmiyev, "Best Model of 2018"  Raul Qazızadə daxildir.

Tədbirin xoreoqrafı "Best Model of Azeirbaijan 2004" İlqar Əliyevdir.

Onlar MUZ TV Azərbaycan kanalına açıqlamalarında moda yarışının əhəmiyyətindən, gözəlliyindən də söz açıblar.

Aygün Əliyeva: “Bu gün burda “Kids Fashion Show”un artıq on beşinci lahiyəsinə start vermişik. Üç ilə yaxındır mütamadi olaraq tədbirlərimiz keçirilir. 74 azyaşlı kiçik modellərimiz Azərbaycanda yeni qədəmlərin qoyan modelyer-dizaynerlərin əl işlərini təqdim edəcəklər."

Lətafət Ələkbərova: “Bu gün bütün uşaqlarımıza uğurlar arzu edirəm. 74 iştirakçı, 23 modelyerimiz var. Münsiflər heyətinə də bu çətin seçimdə uğurlar diləyirəm."
 
Roza Zərgərli: “Kids Fashion Show" bu gün baş verir.  Mənə elə gəlir ki, balaca balalarımız özlərini gələcəkdə daha böyük səhnələrdə fəal təmsil edəcəklər. Çox zövqlü uşaqlarımız var"

Tədbirlə bağlı sujetə mayın 15-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.

Nilufər Məmmədli













213 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 İyul
































22 İyul