Arzu Rzayev qısa paltar geyinən qızlara baxır
Rihanna ərəb sevgilisi ilə Meksikada dalaşdı
Aybəniz Haşımova kökəlmədən əziyyət çəkir
Müğənni-rəqqasə qalmaqalı səngimir 

Facebook instagram Twitter Youtube
DƏB

Fəxriyyə Xələfova “Azərbaycanın qüruru” oldu

23-12-2017


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali təhsil ocağının dosenti, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfovanın “Şərq cazibəsi” kolleksiyasından olan geyimlərinin dünya şöhrətli “Ermitaj” muzeyinin daimi kolleksiyasında sərgilənməsi ilə bağlı tədbir keçirilib.

Muztv.az xəbər verir ki, ötən gün baş tutan tədbir iştirakçıları əvvəlcə Fəxriyyə Xələfovanın “Şərq cazibəsi” və “Ladies of Azerbaijan” kolleksiyalarına aid geyimlərlə tanış olublar.
Tədbirdə çıxış edən ADMİU-nun tədris işləri üzrə prorektoru, Əməkdar İncəsənət Xadimi, professor Validə Məmmədova Fəxriyyə Xələfovanın yaradıcılığından bəhs edib, Azərbaycan dəbinin yüksək səviyyəyə çatdırılmasında onun rolunu vurğulayıb.

Tədbir çərçivəsində “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Fəxriyyə Xələfovaya Azərbaycan mədəniyyətinin və dəbinin təbliği istiqamətində fəaliyyətinə və xüsusi xidmətlərinə görə “Azərbaycanın qüruru” ordenini təqdim edib. Həmçinin tanınmış modelyerə jurnalın fəxri üzvü diplomu təqdim olunub. Mükafat jurnalın redaksiya şurasının qərarı ilə təsis edilib.Fəxriyyə Xələfovanın fəaliyyətini əks etdirən videoçarx tələbələr tərəfindən maraqla qarşılanıb.

Sonra Fəxriyyə Xələfova ADMİU tələbələrinə incəsənətdə dəb anlayışı, Azərbaycanda dəb peşəsi və “Ermitaj” muzeyində sərgilənən geyimləri barədə məlumat verib. Modanı gələcək nəsillərə informasiya ötürücüsü kimi xarakterizə edən Fəxriyyə Xələfova, dəbin gənc nəslin zövqünün formalaşmasında böyük rol oynadığını vurğulayıb.

“Şərq cazibəsi” kolleksiyasına daxil olan geyimlərinin “Ermitaj” muzeyində sərgilənməsini 20 illik fəaliyyətinin nəticəsi kimi dəyərləndirən Fəxriyyə Xələfova, ölkəmizdə incəsənətin inkişafı üçün yaradılmış əlverişli şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

150 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyul




























20 İyul