Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
DƏB

Yeddi aya 35 kilo arıqlayan Əməkdar Artistin özəl anları MUZ TV Azərbaycan-da 

07-12-2017


Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, Əməkdar Artist Nahidə Orucova MUZ TV Azərbaycan kanalına özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, mədəkiçiltmə əməliyyatı keçirən Əməkdar Artist yeddi ay ərzində 35 kilo verdiyini və özünü gümrah hiss etdiyini söyləyib:

“Artıq yeddi aydır sağlamlığımla əlaqədar əməliyyat keçirmişəm. Mədəmdən çox əziyyət çəkirdim, çox fəsadlar verirdi. Şəkərim, qan təzyiqim qalxırdı. Ayrı ayrılıqda mədə ağrılarını kəsə, şəkər və qan təzyiqini aşağı sala bilmirdim. Həkimlə bərabər belə qərara gəldik ki, mədəmi kəsdirim və bununla da hər şeydən qurtulum. İndi göz önündəyəm, özümü çox gözəl hiss edirəm. Ötən aylar ərzində 30-35 kilo vermişəm. Mən çox sevinirəm ki, bu əməliyyatı keçirdim”.

Nahidə Orucova arıqlamaq arzusunda olub risk etməyənlərə də ürək-dirək verib:

“Arzu edirəm ki, hamı mənim kimi sağlam olsun. Kimin ehtiyacı varsa, qorxmasın, müraciət etsin.”

Xatırladaq ki, Nahidə Orucova uzun müddət artıq çəkidən əziyyət çəkib.

Bununla bağlı süjetə dekabrın 7-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Hüseyn İbadlı

276 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr