Atasını itirdikdən 3 gün sonra "Maşın şou"ya qatılan Vüqar: "Murada söz vermişdim" 
Alim Qasımovla haqda film çəkildi - video 
Elşaddan iddia: "Bəziləri əlini çəkdiyi halda "Maşın"da qalır..." 
Ağalarovlar bir arada - foto 

Facebook instagram Twitter Youtube
DƏB

Parisdə azərbaycanlı modelyerin kolleksiyası nümayiş etdirilib - fotolar 

06-10-2017


Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın (Mme Challie brendi) kolleksiyası nümayiş etdirilib.

Muztv.az xəbər verir ki, Paris moda həftəsi çərçivəsində "Fashion Glam Couture"-ün sədri Miryam Lariyerin (Myriam Larriere) təşkilatçılığı ilə keçirilən moda nümayişində assosiasiyanın prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, bu ölkənin tanınmış aktyorları, incəsənət xadimləri, modelyerlər iştirak ediblər.

Həcər Qala 25 ildən artıqdır ki, Avstraliyada bu sǝnǝtlǝ mǝşǧul olur. Vətəndǝn uzaqda yaşamasına baxmayaraq, o, əl işlərini Azərbaycanın geyimlərinin zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Azǝrbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindǝn istifadǝ edǝn modelyer rǝngarǝng kolleksiyası ilǝ ölkəmizi dünyada təmsil edir. Azərbaycan klassik musiqisinin sədaları altında keçirilǝn moda nümayişi tamaşaçıların rǝǧbǝtinǝ vǝ böyük marağına səbəb olub.













38 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr


























































































20 Oktyabr