Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Səidə Sultanın videosu qalmaqal yaratdı
Aktrisa 89 yaşında bikinidə - foto
Məşhur ulduz geyimi ilə təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
DƏB

Modernizm və moda" sərgisi açılacaq

14-09-2017


Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət "Modernizm və moda" sərgisi açılacaq. 

Muztv.az xəbər verir ki, Bakıda ilk dəfə təşkil olunan bu sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək. 

Ekspozisiyada Aleksandr Vasilyev Fondunun unikal kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksessuar nümayiş olunacaq. 

Eksponatlar sırasında həmin dövrün məşhur dizaynerlərinin atelyelərində -"Chanel", "Dior", "Balmain", "Yves Saint Laurent", "Balenciaga", "Nina Ricci", "Cardin", "Couregge", "Laroche", "Cassini", "Valentino"da hazırlanmış nadir "Haute Couture" donları təqdim ediləcək. 

1960-cı illər ötən əsrin ən inqilabi onilliklərindən hesab edilir. Bu dövrün gözlənilməz inqilabiliyi cəmiyyətdə və bununla birgə dəb dünyasında da dəyişikliklər yaratdı. İlk kosmonavt Yuri Qaqarinin 1961-ci ildə, birinci qadın kosmonavt Valentina Tereşkovanın 1963-cü ildə kosmosa uçuşu dəb aləmində yeni iz qoydu və Paris modelyerləri kosmik mövzuya müraciət etdilər.Ayaqqabı formaları, baş geyimlərində və digər aksessuarlarda da əksini tapan kosmik dəb erası 1969-cu ildə amerikalıların Aya ilk enişi ilə sona çatdı. Heydər Əliyev Mərkəzindəki sərgidə bu futuristik ideyaları özündə əks etdirən kifayət qədər paltar, ayaqqabı və baş geyimləri təqdim olunacaq. 

Ekspozisiyada, həmçinin o dövrün məşhur qadınlarının - kino ulduzları Meri Pikford, Qloriya Svenson, Lesli Karon və Loren Bekol, proma-balerina Maya Pilsetskayanın şəxsi qarderobundan unikal geyimlər nümayiş etdiriləcək.

Bu sərgi indiyədək Sidney, İstanbul, Sankt-Peterburq, Moskva, Riqa və Dauqavpilsdə təqdim olunub. Lakin belə böyük həcmdə ilk dəfə Bakıda sərgilənəcək. 

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 5-dək davam edəcək.             

180 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21












20