Acun İlıcalı həmkarı Zuhal Topalı məhkəməyə verir
Müğənni Yeganə verilişdə "boğuldu" 
Elton Hüseynəliyevin xanımı ilə fotosu
Ariana Grande sevgilisindən ayrılıb

Facebook instagram Twitter Youtube
DƏB

Nyu-Yorkda dəb həftəsi başlayıb

09-09-2017


Nyu-York dəb həftəsi çərçivəsində ilk nümayişlərdə dizaynerlər 2018-ci il yaz-yay kolleksiyalarını təqdim ediblər.

Muztv.az dəb sahəsində məşhur Vogue jurnalına istinadən xəbər verir ki, bu il Nyu-York dəb həftəsi əvvəllər olmadığı qədər uzun çəkəcək – yeddi gün. Nümayişlərin siyahısında yeni gənc modelyerlərin markalarının iştirakı və tanınmış dizaynerlərin yerli podiuma qayıdışı nəticəsində iştirakçı sayı xeyli çoxalıb. Digər dizaynerlər ilə bərabər Nyu-York dəb həftəsi çərçivəsində Tom Ford, Valentino Qaravani, Raf Simons, Tori Berç, Ceyson Vu, Ceremi Skott, Ralf Loren və rusiyalı dizayner Alyona Axmadullina kimi tanınmış modelyerlər 2018-ci il yaz-yay kolleksiyalarını təqdim edəcəklər.

Təşkilatçılar bu il keçirilən Nyu-York dəb həftəsini ən demokratik və əl çatan hesab edir. Belə ki, hazırda nümayişlərə qatılmaq çox sadələşib.

WWD jurnalının məlumatına əsasən, bu il şounun qonaqlarına bir sıra əlavə xidmətlər təklif olunur: mehmanxanalarda xüsusi qulluqdan tutmuş nümayişlərdə xüsusi yerlərin tutulması və dizaynerlərlə xüsusi əlaqələrin qurulmasınadək.













329 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr










































17 Oktyabr