Hadisə göz yaşlarına boğuldu – foto
Polad Bülbüloğlu UNESCO ilə əl-ələ Afrika naminə davamlı sülh yolunda
"Ağılsız müğənnilərdən deyiləm"
Manana: "Siqaret çəkmirəm, içki içmirəm, gecələr..."

Facebook instagram Twitter Youtube
DƏB

“Kino kimi” moda dəfiləsi reallaşdı

24-05-2017


Bu gün Daş Salnamə muzeyində “Azerbaijan Fashion Week” moda dəfiləsinin 5-ci yubiley mövsümünə həsr olunmuş tədbirə start verilib.

Muztv.az xəbər verir ki, “Kino kimi” adlı dəfilədə bir neçə modelyerin kolleksiyası təqdim olunub.

Yazın ən dəbli hadisəsinin yaşandığı ilk gecədə qonaq qismində aktrisalar və modellər iştirak edib.

Podiumda geyimlərini nümayiş etdirənlər arasında gənc modelyer Elnarə Bəkirova da olub.

Fikirlərini bizimlə bölüşən modelyer, Azərbaycanda “Mini Hollivud” ab-havası yaratmaq istədiklərini vurğulayıb:

“Yeni dəfilədə fərqlilik etmək istədik. Bunun üçün də gənc aktrisalarımıza üstünlük verməyə qərar verdik. Düşünürəm ki, artıq bizim də qala gecələrimizdə, tədbirlərimizdə Hollivud ab-havası hiss olunmalıdır". 

Geyimlərini sevərək hazırladığını bildirən Elnarə Bəkirova bu işdə ona edilən köməkliyə görə gənc modellərə təşəkkürünü bildirərək bundan sonra qala gecələrində onun seçdiyi geyimlərə üstünlük veriləcəyini söyləyib.

Dünya filmlərinin soundtreklərinin sədaları altında nümayiş olunan dəfilədə modelyer niyə məhz gənc aktrisalara və modellərə üstünlük verdiyini açıqlayıb:

“Hazırda müğənillərimiz bir çox modelyerlərlə çalışırlar, lakin aktrisalarımıza və ya modellərimizə bir o qədər də dəstək yoxdur. Mən də ilk işimdə istədim ki, gənc aktrisalarımız və modellərimizlə işbirliyi qurum və ilk dəstəyim onlara olsun. Çox sağ olsunlar hər biri işinə məsuliyyətlə yanaşdı.”  

Qeyd edək ki, moda dəfiləsi mayın 27-ə kimi davam edəcək.













































219 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 İyun














































28 İyun