BLOGGER
Buzz Oldrin 93 yaşında evlənib - foto
21-02-2023

Aya kosmik uçuşun ilk iştirakçılarından olmuş əfsanəvi keçmiş NASA astronavtı Buzz Oldrin evlənib. Mtv.az xəbər verir ki, o, 93-cü yaş günündə sevgilisi 63 yaşlı Anka Faurla nikah masasına əyləşib. Cütlük özəl günlərindən olan fotoları sosial media hesablarında paylaşaraq "Yeniyetmələr kimi həyəcanlıyıq" sözlərini yazıblar. Xatırladaq ki, bu, astronavtın dördüncü evliliyidir. Buzz 1969-cu ildə Nil Armstronqla birlikdə “Apollon-11” kosmik gəmisi ilə ilk dəfə Aya enib. Nil 2012-ci ildə 82 yaşında vəfat edib.


74 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
