BLOGGER
Məşhur bloger cütlük ayrıldı
07-04-2021

Məşhur bloger cütlük Fərid və Nagehan Abdullayev cütlüyü ayrılıb. Mtv.az xəbər verir ki, onlar uzun müddətdir birlikdə foto yayımlamır, bir-birini İnstaqramda izləmədən siliblər. Hətta Nagehan birlikdə olan şəkillərini də profilindən yığışdırıb. Nagehan Türkiyəyə valideynlərinin yanına qayıdıb. O, sosial şəbəkədə bir müddət orada qalacağını yazıb. Fərid isə Moskvaya yollanıb. Xatırladaq ki, Fərid və Nagehan Türkiyədə evlilik proqramında tanış olub, ailə qurublar. Cütlüyün Kumsal adlı bir qız övladı var. Nagehan bir müddət əvvəl ikinci övladına hamilə olduğunu açıqlamışdı.
246 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 İyun
1 İyun