“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 
“Oyaq gözəl” tamaşası göstəriləcək

Facebook instagram Twitter Youtube
BLOGGER

Rusiyada kişi "İlin qadını" seçildi - foto

18-09-2020


Rusiyanın tanınmış repçisi Alişer Morqenştern yenə də qalmaqala səbəb olub.

Mtv.az xəbər verir ki, "Moda Topical" dərgisi mükafatlandırma gecəsində ifaçıya "İlin qadını" nominasiyasını verib.

Bu barədə reper özü İnstaqram səhifəsində məlumat yayıb.

O bildirib ki, 2020-ci ilin ən müzakirəedilən sənətçisidir və ona görə də mükafatı almaq üçün çətinlik çəkməyib: "Bundan sonra ancaq irəli. Yeni mərhələyə doğru". 

Mükafatını almaq üçün reper səhnəyə ipək xalat, xəz və şlyapada çıxıb.

Onun bu mükafatı alması isə etirazlara səbəb olub. Bir çox məşhur "İlin qadını" nominasiyasının kişi reperin almasına etiraz edib. Onlardan biri də məşhur "Dom2"nın aparıcısı  Kseniya Borodina olub. O, etirazını "Morgenşteynin ilin qadını olduğu dünyada yer almaq istəmirəm. Rusiyada qadınlar ölüb?” sözləri ilə bildirib.

Qeyd edək ki, Morqenştern yaradıcılığına "Youtube" səhifəsində başlayıb. Hazırda onun 5 milyona yaxın abunəçisi var. 2017-ci ildə isə studiyada ilk mahnısını yazmağa başlayıb.





59 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Oktyabr








24 Oktyabr