Model onu təhqir edən şəxsi polisə verdi
Roza Zərgərli aktrisalıq sevdasına düşüb
Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Yuğ”un aktyorları “YARAT”da səhnəyə çıxacaq

26-04-2017


Mayın 4-də “YARAT” Müasir İncəsənət Mərkəzi Azərbaycan Dövlət “Yuğ” Teatrı ilə birgə yazıçı Pərvin Nurəliyevanın eyni adlı pyesi əsasında hazırlanmış “Sonuncu” tamaşasını təqdim edəcək.

Muztv.az azərtac-a istinadən xəbər verir ki, Xalq Artisti Ramiz Həsənoğlunun quruşlu əsasında hazırlanan səhnə əsəri Azərbaycan dilində nümayiş olunacaq. Xronometrajı 70 dəqiqə olan tamaşada rolları Əməkdar Artist Fərhad İsrafilov, aktyorlar İlham Çardağlı, Hikmət Rəhimov və Ləman Novruzova ifa edəcək.

Səhnə əsərində qoca və tənha aktyor onun şərəfinə keçirilən benefisdən sonra yatıb teatrda qalır. Bu zaman onun yatdığı məkana gənc teatrşünas gəlir və onların arasında teatr, aktyorun keçmişi, oynadığı rollar, uğurlu tamaşalar, yaşadığı gənclik illəri, nakam məhəbbəti, sənətə vurğunluğu haqqında söhbətlər başlayır.

442 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24












23