Azərbaycanlı pianoçu Vyanada konsert verdi

Azərbaycanlı pianoçu Abuzər Manafzadə Vyanada “ALMA” incəsənət qalereyasında klassik konsert proqramı ilə çıxış edib.
Muztv.az Azərtac-a istinadən xəbər verir ki, musiqiçi ailəsində dünyaya gələn Abuzər Manafzadə hələ doqquz yaşında olarkən “Gənc Azərbaycan pianoçuları” müsabiqəsinə qatılıb və qalib olub.
Bakı Musiqi Akademiyasından sonra o, Türkiyədə Memar Sinan İncəsənət Universiteti Dövlət Konservatoriyasında təhsil alıb. Beynəlxalq mükafatlar laureatı olan gənc pianoçu hazırda Vyana Təsviri İncəsənət Universitetində dirijorluq üzrə magistr təhsili alır.
Konsertdə Abuzər Manafzadə Frederik Şopen, Mauris Ravel və Lüdviq van Bethovenin ballada, şertso və sonatalarını ifa edib. Lüdviq van Bethovenin ən məşhur əsərlərindən olan “Appassionata” sonatası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tamaşaçıların təkidli xahişi ilə Manafov Azərbaycan bəstəkarlarının klassik və lirik əsərləri ilə konsert proqramını davam etdirib, konsertə öz bəstələri ilə yekun vurub.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
