Elnarə rejissor olmaq istəyir
Müğənni və aktyor təcavüzdə ittiham olunur
Aktyor ərəb xanımların təklifini rədd etdi
Seda Sayan sərxoş halda saxlanıldı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Sabah hava necə olacaq?

24-04-2017


Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Muztv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir ki, aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclü olacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-17 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 7-12, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

471 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr


























15 Oktyabr