Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı
Metin Hara ilə bağlı yeni iddia yayıldı
Sevda Yahyayeva hündürlükdən qorxur

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Çölçü “Amerika və Türkiyədə - foto

15-04-2017


Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Amerika və Türkiyədə keçiriləcək festivallara dəvət alıb. 

Muztv.az axşam.az-a istinadən xəbər verir ki, bunlardan biri iyunun 30-dan iyulun 3-dək keçiriləcək “CayFilm” Kayman Adaları Beynəlxalq Film Festivalıdır. Film ABŞ-ın Kayman adalarında baş tutacaq festivalın əsas müsabiqə proqramına daxil edilib.

“Çölçü”, həmçinin Türkiyədə mayın 1-dən 9-dək keçiriləcək Alanya “Kristal kale” Beynəlxalq Film Festivalının proqramına da daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...

Qeyd edək ki, indiyədək “Çölçü” bədii filmi beş qitəni əhatə edərək 32 beynəlxalq kino festivalında iştirak edib, bir sıra mükafatlara layiq görülüb.



593 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24








23