Oskar laureatı yeni filmə çəkiləcək
Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video

Facebook instagram Twitter Youtube
ARTNEWS

Musiqili teatrda 5 tamaşa nümayiş olunacaq

13-04-2017


Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Muztv.az axşam.az-a istinadən xəbər verir ki, 14, 15, 16 aprel tarixlərində saat 12.00 və 19.00-da “Fransızsayağı qarnir” (M. Kamoletti), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Arşın mal alan” (Ü. Hacıbəyli), A. Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim ediləcək. 

Tamaşaçılar, nümayiş olunacaq bu səhnə əsərlərində xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Almaz Ələsgərli, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov, Gültac Əlili, Şaban Cəfərov, Gülnarə Əzizova, Atəş Qarayev, Zarina Qurbanova, Əmrah Dadaşov, Fərid Rzayev, Güldanə Əzimova, Nahid İsgəndərzadə, Murad Əliyev və başqalarının ifalarını izləyə biləcək.

Qeyd edək ki, Musiqili Teatr rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 14 aprel tarixində saat 19.00-da Kamolettinin “Fransızsayağı qarnir” əsəri böyüklər, 15 aprel tarixində saat 12.00-da R. Şəfəq, V.Ziminin “Yağış göbələyinin macərası” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. 

Həmçinin Ş. Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri 16 aprel tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

447 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16






















15