ARTNEWS
TikTok-da trend oldular
27-07-2023

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun illər əvvəl oxuduğu "Bağlanıram" və "Sevirəm" dueti son günlər TikTok-da trend olub. Mtv.az xəbər verir ki, uzun illər keçməsinə baxmayaraq bu günlərdə TikTok-da ən çox video çəkilən mahnılar sırasında yer alıb. Belə ki, sözügedən mahnıya 6-7 mindən çox video çəkilib. Kimi duetlə bağlı "Əfsanəvi duet" sözünü yazıb, kimi də başqalarına mahnı ilə söz atıb. Xatırladaq ki, bir müddət əvvəl toy məclisində bir araya gələn Kazımova və Qaraçuxurlunun videosu da sosial şəbəkədə ən çox paylaşılan olub.
61 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 Dekabr
4 Dekabr