Bella Hadid sevgilisi ilə dodaq-dodağa - foto
Aktrisa gizli ərə gedib
Modelin hovuz qarşısında çılpaq fotosu
Foksun yeni görünüşü bəyənilməyib - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

"Aktyoru təqaüdə çıxartmaq olmaz..."

29-09-2021


"Teatr əvəzolunmaz sehirli bir yerdir. Maaşa, iş vaxtına baxmırsan. Səhnə həqiqətən sehirli yerdir. Ora üçün darıxmamaq mümkün deyil. Tək aktyorlar yox, digər işçilər də öyrəşir. Canlı ünsiyyətdir. İntriqalar da olur, amma onsuz maraqsız olar". Mtv.az xəbər verir ki, bu szöləri aktyor Allahverdi Yolçuyev bildirib. O, teatrdan getdiyi üçün peşman olduğunu deyib: "Maddi yox, mənəvi tərəfdən yüksəkdir. Hər bir aktyorun evidir. Əlim xəstə olduğuna görə teatrda işləmirəm. Çox heyifslənirəm. Parkinson xəstəliyindən əziyyət çəkirəm. Böyük səhv etdim, uzaqlaşdım. ailəcanlı insanam, 4 qızım var. Oğlum olsaydı, işə göndərərdim. Qızlarıma görə el şənliklərinə üstünlük verdim, teatrdan getdim. Maddi tərəfdən onları təmin etdim: məktəvi, ailə qurmağı, cehizi var idi. Aktyoru təqaüdə çıxartmaq olmaz. Onu təqaüdə çıxaranda ölüm hökmünü imzalamış olursan. Yaşlı yaşlı obraz oynayar".

116 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti