Sərdar Ortaç qumarı çox sevirdi
Demet Akalın yenidən aparıcılıq edəcək
Hollivud ulduzu çəkiliş meydançasında - foto
Timuçin Lamın klipində yer alacaq

Facebook instagram Twitter Youtube
ARTNEWS

Tatlısəsin ağlaması tənqid olundu - foto

01-04-2021


Doqquz il sonra yenidən izləyiciləri ekran başına toplayan “İbo Show” proqramı bu dəfə də müzakirələrə səbəb olub. Mtv.az xəbər verir ki, verilişin birində İbrahim Tatlısəsin illər əvvəl ifa etdiyi mahnılardan birini səsləndirdiyi kədərli anlar yaşanıb. Belə ki, proqramın aparıcısı olan İbrahim kövrələrək göz yaşlarına qərq olub. Son zamanlar ifaçının verilişdə belə ağladılması birmənalı qarşılanmayıb. Bir çoxları layihə rəhbərliyinin belə etməsini qınayıb. Tatlısəsin ağlaması "Söylemezsem olmaz"ın aparıcısı Seren Serengilin də tənqidinə tuş gəlib. O, verilişin reytinqi xatirinə hər dəfə İbrahimin kövrəldilməsinin xoş hal olmadığını bildirib: “Bunu etdiyiniz zaman həmin insanın imperatorluq taxtını dağıdırsınız. Tatlısəsi acınacaqlı vəziyyətə salırsınız. Proqramın reytinqi üçün ondan istifadə etməyin”.





290 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti