Milli Dram Teatrının yanvar repertuarı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanvar repertuarı açıqlanıb.
Mtv.az xəbər verir ki, səhnə əsərləri teatrın “facebook”, “YouTube” səhifələrində və azdrama.az saytında onlayn olaraq yayımlanacaq.9 yanvar – “Ölülər” (C.Məmmədquluzadə) – 19:0010 yanvar – “Cəhənnəm sakinləri” (Elçin) – 19:00
16 yanvar - “Almaz” – (C.Cabbarlı) - 19:00
17 yanvar - “Ah bu uzun sevda yolu” - (Ə.Əmirli) - 19.00
20 yanvar - “Qarabağnamə” – (İ.Əfəndiyev) - 19.00
23 yanvar - “Özümüzü kəsən qılınc” (B.Vahabzadə) - 19.00
24 yanvar - “Mesenat” (Ə.Əmirli) - 19.00
30 yanvar - “Qətibə İnanc” (M.S.Ordubadi) - 19.00
31 yanvar - “Köhnə ev” (Ə.Əmirli) - 19.00
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Akademik Milli Dram Teatrının repertuarında olan M.S.Ordubadinin “Qılınc və qələm” əsəri əsasında hazırlanmış “Qətibə İnanc” tamaşasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin obrazı canlandırılıb.
Tamaşada teatrın aparıcı aktyorları iştirak edirlər.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
