Demet Meqan Marklını tənqid edib - foto
Aktyor evliliklərini sonlandırmaq istəyir
Bülənt Ərsoya qızıl kəmər hədiyyə edilib - foto
Hollivud ulduzundan yeni fotosessiya

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Cırtdan” tamaşası onlayn göstəriləcək

31-10-2020


Noyabrın 1-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkələrində “Cırtdan” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın “Youtube” kanalında saat 12:00-da göstəriləcək.

Mtv.az xəbər verir ki, teatrın təqdim etdiyi tamaşa uşaq yazıçısı Mirmehdi Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanıb.

Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunur.

273 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti