Demet Meqan Marklını tənqid edib - foto
Aktyor evliliklərini sonlandırmaq istəyir
Bülənt Ərsoya qızıl kəmər hədiyyə edilib - foto
Hollivud ulduzundan yeni fotosessiya

Facebook instagram Twitter Youtube
ARTNEWS

Kukla Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi

07-10-2020


Azərbaycan Milli Ordusunun başlatmış olduğu zəfər yürüşü hər bir azərbaycanlı kimi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivini də qürurlandırır, onlarda xalqımızın şanlı zəfərinə böyük əminlik yaradır. Daim Silahlı Qüvvələrin Ali Baş Komandanının, Azərbaycan Silahlı Qüvvələrinin və onun qəhrəman döyüşçülərinin yanında olduğunu bəyan edən kollektiv növbəti addımı ilə də xalqımızın bu haqq mübarizəsinə az da olsa dəstək olmağa çalışıb.

Mtv.az xəbər verir ki, “Düşmən təxribatının qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını layiqincə həyata keçirən ordumuz qürur yerimizdir” fikrini şüar edən teatr kollektivi həmrəylik göstərərək Silahlı Qüvvələrə Yardım Fonduna 5000 manat vəsait köçürüb.

Sənət ocağının kollektivi ərazilərimizin azadlığı uğrunda birlik və həmrəyliyin nümayiş edildiyi, cəmiyyətə dəstəyinin zəruri olduğu hazırkı zamanda bir daha dövlət başçısı və şanlı ordumuzun yanında olduğunu bəyan edir və Vətən müharibəsində şanlı Qələbəmizə inandıqlarını bildirirlər. Dövlət başçımızın da dediyi kimi, “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

270 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti