“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 
“Oyaq gözəl” tamaşası göstəriləcək

Facebook instagram Twitter Youtube
ARTNEWS

Bakı Caz Festivalı 15 illiyini qeyd edəcək

28-09-2020


“Bakı Caz Festivalı-2020” koronavirus pandemiyası səbəbindən oktyabrın 9-dan 11-dək “Round midnight” ənənəvi caz standartına uyğun olaraq keçiriləcək.

Mtv.az xəbər verir ki, artıq ənənəyə çevrilmiş festivalın xüsusi seçilən hadisəsi dünya caz ulduzlarının Bakıda keçirilmiş caz festivalları zamanı səhnəarxası həyatı barədə xüsusi buraxılış verilişləri olacaq.

Caz telemarafonu Azərbaycan caz musiqiçilərinin qala-konsertlərini nümayiş edəcək. Həmçinin Bakını ziyarət etmiş dünya caz musiqi ulduzları tərəfindən xüsusi təbriklər və müxtəlif ölkələrin adından çıxış edən musiqiçilərin onlayn “jam sessions”ları təqdim olunacaq. Telemarafonun xüsusi qonaqları Kendi Dalfer (Niderland), “Küspert & Kollegen” (Almaniya), “Gaspar Karoly Trio” (Macarıstan) ansamblları, Şahin Növrəsli, İsfar Sarabski və onların caz dostları olacaq.

On beşillik zaman ərzində Bakı Caz Festivalı Bakı şəhəri musiqi həyatının ayrılmaz hissəsinə çevrilib. Festival ərzində tamaşaçılara caz musiqisi üslublarının xüsusi rəngarəngliyi ilə seçilən konsertləri təqdim ediləcək. Onların arasında avanqard, ənənəvi caz, etnocaz kimi cərəyanlar nümayiş olunacaq. Bu hadisə dünyanın aparıcı telekanallarının diqqətini daima cəlb edir, hər il “Euronews” kanalı tərəfindən geniş işıqlandırılır.

71 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Oktyabr
























23 Oktyabr