Aktrisa həmkarı ilə sevgilidir - foto
 Hadisəni brend geyinir - foto
Natavan reper əri ilə barışdı - video
Aktrisa müğənnini tərk etdi

Facebook instagram Twitter Youtube
ARTNEWS

Teatr Xadimləri İttifaqı fonda ianə etdi

26-03-2020


Azərbaycan Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Mtv.az xəbər verir ki, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətovun dediyinə görə, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu gün ianə edilib.

Azər Paşa Nemətov teatr ictimaiyyəti və rəhbərlik etdiyi kollektivin üzvləri adından koronovirus pandemiyasından əziyyət çəkən insanlara şəfa diləyib, Azərbaycan vətəndaşlarının sağlam gələcəyi uğrunda virusla mübarizədə öz töhfəsini verən bütün insanlara təşəkkürünü bildirib: “Azərbaycan dövləti koronovirus pandemiyasının qarşısının alınması istiqamətində çox vacib və faydalı addımlar atıb, tədbirlər həyata keçirib. Dövlətimizin başçısının fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondu bunun ən böyük bariz nümunələrindən biridir. Ölkəmizin Prezidenti və Birinci vitse-prezidentimiz böyük nümunə göstərərək bir illik əmək haqlarını bu fonda ianə etdilər. Biz də dəstək göstərməyi özümüzə borc bildik. Səhiyyə işçilərimiz, eyni zamanda digər əlaqədar qurumlar çox böyük fədakarlıqla bu pandemiyaya qarşı mübarizə aparırlar. Onların hər birinə öz minnətdarlığımızı bildiririk. İnanıram ki, bu xəstəlik tezliklə ölkəmizdən çəkilib gedəcək və həyatımız yenə öz məcrasına qayıdacaq, insanlar sağlam, xoşbəxt və qayğısız yaşayacaqlar”.

26 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
9 Aprel


































8 Aprel