Dünya şöhrətli müğənni rəfiqəsi ilə nişanlandı
Culiya Roberts malikanəsini 8 milyona satdı
Rihanna 10 ildə dörd uşaq istəyir
Elvin bütün gününü evdə keçirir

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Çipollino” maraqla qarşılandı

18-02-2020


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub.

Mtv.az xəbər verir ki, balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.

Tamaşada rolları Əməkdar artistlər Əlvida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva Mirzə Ağabəyli , Məzahir Cəlilov, Rüstəm Rüstəmov, aktyorlar Xədicə Novruzlu, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov, Dilarə Nəzərova, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Ziya Ağa, Əlləz Əhmədov, İmran Qurbanov, Ənvər Məmmədov ifa edib. Səhnə əsərində Coakkino Rossininin musiqilərindən istifadə olunub.

Xatırladaq ki, Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.

39 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel


2 Aprel