Sərdar Ortaç qadın həmkarını qəzəbləndirib
Müğənni COVID-19-a yoluxdu
"Hamımız günahkarıq" - müğənni
Müğənni koronavirus şübhəsi ilə test olundu

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Toya bir gün qalmış” göstərildi

17-02-2020


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası ilə növbəti dəfə teatrsevərlərin görüşünə gəlib.

Mtv.az xəbər verir ki, milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızı bu tamaşada baş rolu ifa edib. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlili, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov və Ağaxan Şərifov canlandırıblar.

Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir.

56 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 Aprel




























3 Aprel