Lolita qızına miras qoymayacaq
Müğənni aktrisa sevgilisi ilə barışdı
Zamiq evini göstərdi - foto
İbrahim Tatlıses "narkobaron" oldu - video

Facebook instagram Twitter Youtube
ARTNEWS

Qahirədəki Xediv Opera Teatrı 150 illiyini qeyd edir 

18-01-2020


Qahirədəki Xediv Opera Teatrı 150 illiyini qeyd edir.

Mtv.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Misirin Mədəniyyət naziri İnas Abdel Dayem qədim Opera Evinin yubileyinin Misirin Yaxın Şərqdə mədəni liderliyinin göstəricisi olduğunu bildirib.

Misirli nazir qeyd edib ki, onun ölkəsi ərəb aləmində və Afrikada ilk opera tamaşası səhnələşdirən ölkədir. Onun sözlərinə görə, Xediv Opera Teatrı bir əsrdən çox regionda yeganə bu cür mədəniyyət mərkəzi olub və 1971-ci ildə baş vermiş yanğın nəticəsində fəaliyyətini dayandırıb. Lakin sonradan Misirdə opera ənənələri bərpa olunub və bu ölkə yenə də dünyanın ən məşhur teatrları ilə əməkdaşlığı davam etdirib.

Yubiley münasibətilə Romada keçirilən mərasimdə Misirdə opera sənətinin tarixi barədə sənədli film nümayiş etdirilib. Sonra Qahirə Opera Teatrının solistləri çıxış ediblər.

Xediv Opera Teatrı 1869-cu ildə Osmanlı imperiyasının Misirdə xedivi (valisi) İsmayıl paşa tərəfindən Qahirənin İsmailiyə (indiki Təhrir) meydanında açılıb. Taxtadan olan teatr binasında 850 tamaşaçı yeri olub.

89 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti