Eşq iddialarına cavab verdi
İvana Sərt  Bakıda məsləhət verdi
Sevda "Eurovision"a getmək arzusundadır
Aktrisa-model borc ödəməyəcək

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Quş dili” tamaşası göstərildi

16-01-2020


Azərbaycan “Yuğ” Dövlət Teatrının repertuarında yeni tamaşalardan sayılan “Quş dili” tamaşası növbəti dəfə təqdim olunub.

Mtv.az xəbər verir ki, tamaşanın müəllifi - rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi -Təranə Vahiddir.

Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova iştirak ediblər.

Əsərdə cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrayıl gəlir. Əzrayılın gəlişi həmişə hadisədir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.

52 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Fevral






































24 Fevral