ARTNEWS
“Leyli və Məcnun” maraqla qarşılandı - foto
14-01-2020

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə nümayiş edilib.
Mtv.az xəbər verir ki, səhnəyə qoyuluşunun 112-ci ildönümü münasibətilə göstərilən opera dirijor İlahə Hüseynova tərəfindən idarə olunub.
Səhnə əsərində gənc və istedadlı muğam ustası Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Elnur Zeynalov (Məcnun), Təyyar Bayramov (İbn-Salam), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dəmirov (Məcnunun atası) çıxış ediblər.
İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, opera maraqla qarşılanıb.



278 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar
20 Yanvar