“Cırtdan” tamaşası onlayn göstəriləcək
Rus müğənni Bakıdakı konsertindən danışdı 
Müğənni koronavirusa yoluxdu
Kukla Teatrının noyabr repertuarı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Tbilisidə azərbaycanlı rejissorun yeni tamaşası - foto

01-01-2020


Tbilisidəki “Atoneli” teatrında gənc azərbaycanlı rejissor və aktyor Anar Rafiqoğlunun “Stendap komediya” janrında hazırladığı “Zarafat kolleksiyası 6” tamaşasının təqdimatı olub.

Mtv.az xəbər verir ki, “Stendap komediya” zamanı ilk dəfə səhnəciklər də nümayiş etdirilib. Səhnəciklərdə Gürcüstanın “Era Teatrı”nda çalışan azərbaycanlı aktyorlar da çıxış ediblər.

Gənc azərbaycanlı aktyorların yeni performansları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tamaşadan sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə və başqaları çıxış edərək Anar Rafiqoğlunu və aktyorları təbrik edib, onlara uğurlar arzulayıblar.

Gürcüstanda Azərbaycan dilində ilk dəfə bu janrda tamaşanı Anar Rafiqoğlu hazırlayıb. Gənc rejissor və aktyor bu yolla cəmiyyətdə baş verən hadisələri bir nəfərin dilindən zarafatla tamaşaçılara çatdırır.









212 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
31 Oktyabr


















30 Oktyabr