Model idmançı ilə eşq yaşayır - foto
Serialda rol almasını istəmədilər
Könülün şəkli maraqla qarşılandı
Elton efirə çıxmamasının səbəbini açıqladı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Milli Dram Teatrı Yeni il şənlikləri keçirir - foto

28-12-2019


Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq.

Mtv.az xəbər verir ki, bu münasibətlə “Şaxta Baba və Befan nənələr" adlı səhnə əsəri hazırlanıb. Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.

Tamaşada Əməkdar artistlər Mətləb Abdullayev, Əlfida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva, aktyorlar Fəridə Şahbazova, Dilarə Nəzərova, Vüsal Mustafayev və başqaları çıxış edirlər.

Yeni il tamaşası bu gündən başlayaraq yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq.









165 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyun




























3 İyun