Aktrisa yeni eşqə düşdü
Əməkdar artist kimdən şikayət edir?
Müğənni şorgöz olduğunu etiraf etdi
Müğənnini "Eurovision"a göndərmək istəyir

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Nəsimi” promo-rolikinin təqdimatı oldu

07-12-2019


Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” promo-rolikinin təqdimat mərasimi keçirilib.

Mtv.az xəbər verir ki, ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin, media nümayəndələrinin qatıldığı təqdimat mərasimində layihənin bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev çıxış edərək bu maraqlı işin ərsəyə gəlməsində iştirak edən yaradıcı heyətlə təşəkkür edib. Sonra kompozisiya nümayiş olunub və dəvət olunmuş qonaqların müzakirəsinə verilib.

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, “Dəcəl qızlar” ansamblının bədii rəhbəri Cəmilə Bayramova, Əməkdar artist, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov və digər sənət adamları çıxış edərək yüksək peşəkarlıqla hazırlanmış “Nəsimi” layihəsinə görə yaradıcı heyəti təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Layihənin bunun “Nəsimi ili”nə teatrın böyük hədiyyəsi olduğunu vurğulayıblar.

Sonda baletin quruluşçusu və Nəsimi obrazının ifaçısı, teatrın solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadə onların yaradıcılığına göstərilən diqqət üçün minnətdarlıq edib, yeni planları barədə də toplaşanlara geniş məlumat veriblər.



313 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29










28