Çağatay Ulusoy arıqlamağa qərar verdi
Aktrisa pərəstişkarlarını həyəcanlandırdı - foto 
"Geyimim açıq-saçıq yox, orta-açıq sayılır” - müğənni
Gözəllik yarışmasının qalibi həbs edildi - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Trubadur” operası nümayiş olundu - foto

02-12-2019


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti Fidan Hacıyevanın iştirakı ilə Cüzeppe Verdinin “Trubadur” operası nümayiş olunub.

Mtv.az xəbər verir ki, səhnə əsərində ilk dəfə Leonora partiyasını teatrın aparıcı solistlərindən biri - Əməkdar artist İlahə Əfəndiyeva canlandırıb.

Operada, həmçinin Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Fərid Əliyev, Əliəhməd İbrahimov, solistlər Taleh Yahyayev, Nina Makarova (İnes) çıxış ediblər.

Operanı teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edib.

Xatırladaq ki, C.Verdi “Trubadur” operasının musiqisini cəmi 29 gün ərzində yazıb. Operanın librettosunu isə ispan dramaturqu A.Quteresin eyniadlı pyesi əsasında C.Kammarano qələmə alıb. Tamaşanın premyerası 1853-cü il yanvarın 19-da Romada baş tutub. “Trubadur” elə ilk tamaşadan sonra tamaşaçılar tərəfindən sevilib və Verdinin ən populyar əsərlərindən birinə çevrilib. Dörd pərdədən ibarət olan bu möhtəşəm opera 160 ilə yaxındır ki, operasevərlər tərəfindən böyük maraqla qarşılanır. “Trubadur” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2005-ci ildə Əməkdar artist, rejissor Hüseyn Əliyevin quruluşu və dirijor - Xalq artisti, professor Cavanşir Cəfərovun təfsirində səhnəyə qoyulub, 2009-cu ildə bərpa edilib. Hazırda repertuarda ən baxımlı tamaşalardan biridir.







20 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Dekabr
































7 Dekabr