Çağatay Ulusoy arıqlamağa qərar verdi
Aktrisa pərəstişkarlarını həyəcanlandırdı - foto 
"Geyimim açıq-saçıq yox, orta-açıq sayılır” - müğənni
Gözəllik yarışmasının qalibi həbs edildi - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Ezop” maraqla qarşılandı

26-11-2019


Dövlət Musiqili Dram Teatrının səhnəsində Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun “Ezop” əsəri əsasında eyniadlı tamaşası teatrsevərlərə təqdim edilib.

Mtv.az xəbər verir ki, tamaşanı Müstəqil Şah Mat Teatrı hazırlayıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş edilən tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

Səhnə əsərində rolları Anar Bulud, Orxan Bakinski, Günel İmanova, Ceyran Baxışova, Fərid Vəliyev, Azad Kərim ifa ediblər.

“Amansız teatr” üslubunda hazırlanmış ikihissəli tamaşada əsas məsələ həqiqətin və ədalətin olmamasıdır. Ədalət, həqiqət olmayan yerdə azadlıq axtarmaq çox çətin və mümkünsüzdür. Biz insanlar yaşayırıq, amma bilmirik ki, qəfəsdəyik və sadəcə olaraq nəfəs alırıq. Azadlığımız isə qəfəsin içi və cəzadır.

Aktyorların oyunu tamaşaçılarda maraq doğurub.

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Dekabr
































7 Dekabr